Şənbə, 18 May

"Sülh istəyirsinizsə..." - Paşinyan separatçılara son sözü

image

Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi və ətrafında yaşayan erməniləri Azərbaycana inteqrasiyaya təşviq edir.

Xəbər verilir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Samvel Babayan Nikol Paşinyanın Qarabağ erməniləri arasındakı ruporuna çevrilib. Artıq uzun müddətdir Paşinyan öz təbliğat tezislərini irəli sürür, Qarabağ ermənilərini Ağdam yolundan istifadə etməyin, yüklərin həmin yolla daşınmasının, üstəlik, Azərbaycanla dialoq aparmağın lazım olduğuna inandırmağa çalışır. O, bunları onunla əsaslandırır ki, yalnız bu üsulla yekun sülh yolu bərqərar olacaq”, - məlumatda deyilir.

Nəşrin iddiasına görə, Paşinyanın Xankəndidəki adamı - Samvel Babayan vasitəsilə Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya təşviq etməyə çalışır.

Samvel Babayan separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi”dir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41